Digər siyasi məhbuslar da azad olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Digər siyasi məhbuslar da azad olunacaq

Xalqın səsi

19 Mart 2019 13:00 1219


Martın 16-da prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı cəmiyyətdə çox yüksək qarşılanıb. Əfv edilənlərin sırasında 50-dən çox siyasi fəalın da yer alması xüsusi rəğbətlə qarşılanıb. Bu, cəmiyyət-iqtidar münasibətlərinin möhkəmlənməsində mühüm addım hesab olunur.

Həmçinin həbsdə qalan bir neçə siyasi fəalın - Seymur Həzi, Asif Yusifli, İslam Partiyasının keçmiş sədri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov və digərlərinin də qarşıdakı müddətdə azadlığa buraxılması arzu edilir.

Vurğulanır ki, hökumət tərəfindən cəmiyyətə yönəlik siyasi açılımların fonunda həmin şəxslər də qarşıdakı aylarda azad edilə bilər. Marqarita pizza

Praktikada olmasa da, bu ilin sonuna qədər daha bir əfv sərəncamının imzalana biləcəyi barədə xəbərlər dolaşır.

Hüquq müdafiəçisi, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı dedi ki, Azərbaycanda islahatların gedişi göz qabağındadır: “Bizim təqdim etdiyimiz siyahıdakı 55 nəfər də azadlığa buraxıldı. Onu da qeyd edim ki, siyahımızdakı beş nəfər yanvar və fevral aylarında ya cəzaları bitib azad olunublar, ya da vaxtından əvvəl şərti olaraq azadlığa çıxıblar. Ümumilikdə götürsək 60 nəfərin azad olunması ilə siyahımız qapandı. 

Seymur Həzi və Asif Yusiflinin azadlığa çıxmalarına çox az müddət qalıb. Düşünürəm ki, onlar qısa zamanda azadlığa buraxılacaqlar. Ümidlənməyimizə əsas var. 

Bilirsiniz ki, 2017-ci ildə prezident tərəfindən ədliyyə sahəsində humanistləşdirilmə ilə bağlı sərəncam verildi. O sərəncamdan keçən iki il ərzində məhkəmə yolu ilə çoxsaylı insan azad olunub. Bu iki şəxs haqqında da məhkəmə yolu ilə azadlığa buraxılma qərarı verilə bilər. 

Həbsdə qalan digər siyasilərin bu il azadlığa buraxılacağına ümid edirəm”. 

Musavat.com

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!