Dilan Polat televiziya proqramı aparacaq

saytların hazırlanması

Evə çatdırılma

Dilan Polat televiziya proqramı aparacaq

Şou

17 İyul 2025 14:45 481


Türkiyədə bir müddətdir həbsdə olan və adı qalmaqallarla gündəmdən düşməyən Dilan Polatla bağlı yeni iddia ortaya atılıb. Məşhurun yaxın zamanlarda televiziya proqramı təqdim edəcəyi bildirilir.

Yenisabah.az xəbər verir ki, hazırda istintaq təcridxanasında olan Dilan Polatın azadlığa çıxacağı təqdirdə televiziya ekranlarına qayıdacağı iddia olunur. 

İddialara görə, telekanallardan birir  Polatla razılaşmağa çalışır və tərəflər maddi şərtlərdə ortaq məxrəcə gələrsə, o, yeni proqramın aparıcısı olacaq. pizza mizza

Həbs olunmazdan əvvəl sosial media fenomeni kimi böyük izləyici kütləsinə sahib olan Dilan Polatın aparacağı proqramın formatı hələlik açıqlanmasa da, bu addım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Dilan Polat və həyat yoldaşı Engin Polat uzun müddətdir vergidən yayınma, çirkli pulların yuyulması və saxta sənədlərlə bağlı ittihamlarla istintaq altındadır.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!