Dilarə Səlim efirə qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Dilarə Səlim efirə qayıtdı

Mədəniyyət

25 Sentyabr 2020 15:43 1911


Tanınmış teleaparıcı Dilarə Səlim yenidən efirə qayıdır.

Azərbaycan Televiziyasından (AzTV) Yenisabah.az-a verilən məlumata görə, teleaparıcı “AzTV Xəbər”i aparacaq.

O, hər şənbə günü saat 20:00-da efirə çıxacaq. pizza sifarişi

Qeyd edək ki, D.Səlim 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. Daha sonra müxtəlif televiziyalarda işləyib. 

2018-ci ildən isə AzTV-nin “Mədəniyyət xəbərləri”nin baş redaktorudur. 

Azərbaycan Televiziyasının “AzTV Xəbər” proqramının yeni formatda və yeni studiyadan ilk buraxılışını həmkarı Rafiq Həşimovla birlikdə Dilarə Səlim təqdim edib. 

Aparıcının müəllifi və aparıcısı olduğu “Peşəkarlar” layihəsinin ilk buraxılışı sentyabrın 25-də yayımlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!