DİM 600-dən çox bal toplayanlara müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

DİM 600-dən çox bal toplayanlara müraciət etdi

Maraqlı

27 Avqust 2019 15:16 1257


Dövlət İmtahan Mərkəzi (DİM) 600 və daha yüksək bal toplayan gənclərə müraciət edib. 

DİM-dən “Yeni Sabah”a daxil olan məlumata görə, artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, bu il də ənənə davam etdiriləcək: “İnformasiyanın ictimaiyyət üçün daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr ediləcək. pizza

Buna görə də yüksək bal toplayan gənclər 2019-cu il avqustun 27-dən etibarən Şəxsi kabinetinin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğusunu doldurmalıdırlar. Anket-sorğusu yalnız bir dəfə və bütün bəndləri doldurulmalıdır. Nəzərinizə çatdırırıq ki, saytda yalız anket-sorğusunu doldurmuş və “Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?” sualına “bəli” cavabını qeyd etmiş gənclər haqqında məlumat veriləcək”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!