“Din adı ilə Azərbaycana gələnlərin çoxu İran kəşfiyyatının nümayəndələridir”

saytların hazırlanması

Evə çatdırılma

“Din adı ilə Azərbaycana gələnlərin çoxu İran kəşfiyyatının nümayəndələridir”

Siyasət

31 Mart 2023 14:35 1232


“Fazil Mustafaya qarşı olan sui-qəsdlə bağlı mətbuata açıqlamalar vermişəm. Vətəndaş Həmrəyliyi Partiyası da bu barədə bəyanat yayıb. Ona görə də bu məsələyə təkrar qayıtmaq istəmirəm”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.

Partiya sədri millət vəkili həmkarı Fazil Mustafanın güllələnməsi hadisəsində İranla bağlı səslənən mülahizələrlə yanaşı, DTX-nın İran agentura şəbəkəsinin üzvlərinin ifşa edilməsi məsələsinə toxunub: Dördpendirli pizza

“Hüquq-mühafizə orqanları hadisəni araşdırırlar və yəqin ki, yaxın vaxtlarda terror hadisənin iştirakçıları barəsində məlumat əldə oluna bilər. Qoy, aydınlaşsın, sonra danışarıq”. 

O, əlavə edib:

“DTX tərəfindən aparılan əməliyyatlara gəldikdə isə bu, yeni proses deyil. İranla Azərbaycanın münasibətləri gərginləşən gündən və daha əvvəlcədən DTX İranın din adına yaydığı təxribatları izləyir”. 

VHP sədri xatırladıb ki, SSRİ dağıldıqdan sonra müstəqil Azərbaycandakı din ehtiyaclarına görə, dini proseslərə İran da qatılırdı:

“Məscidlərin tikilməsi, mükəmməl dini xadimlərinin Azərbaycana gəlişi o vaxtı bir o qədər də təhlükə yaratmır və normal qəbul olunurdu. Sonra məlum oldu ki, din adı ilə gələn adamların bir çoxu İran kəşfiyyatının nümayəndələridir və gizli şəkildə Azərbaycanda pozuculuq işləri aparırlar. Onlar Azərbaycanda dini təbliğ və İslam birliyi adına, əslində, İslam bölücülüyü ilə məşğul olurdular. Ona görə də DTX tədbir görməyə başladı və bu günləri də həmin proses davam edir və etməlidir. Çünki İranın uzun illər yetişdirdiyi və buraya göndərdiyi adamların çoxu bəzən gizli, bəzən isə açıq şəkildə İran təəssübkeşliyi ilə məşğuldurlar”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!