DİN-də püşkatma yolu ilə təyinat oldu

saytların hazırlanması

Evə çatdırılma

DİN-də püşkatma yolu ilə təyinat oldu

Siyasət

14 İyul 2023 19:24 1307


Daxili İşlər Nazirliyində (DİN) Polis Akademiyasını əyani bitirən məzunlar polis orqanlarında orta rəis heyəti vəzifələrinə püşkatma yolu ilə təyin olunublar.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tədbirdə gəncləri zabit rütbələrinə layiq görülmələri münasibətilə təbrik edib, təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb.

Püşkatma yolu ilə keçirilən təyinatlarda 43 məzun Bakı şəhərinin ərazi polis orqanlarına, Akademiyanı fərqlənmə diplomu ilə bitirən dörd məzun isə Nazirliyin aparatında müxtəlif vəzifələrə təyin edilib. Sezar pizza

Daxili işlər naziri V.Eyvazov gənc zabitlərə xidməti intizam qaydalarına mütləq qaydada riayət etmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ yanaşmalarını, onlarla ünsiyyətdə yüksək mədəniyyətli və təmkinli olmalarını tövsiyə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!