DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - Foto

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - Foto

Kriminal

17 Sentyabr 2024 18:19 765


Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Bakı şəhəri və Samux rayonunda keçirdiyi əməliyyatlar zamanı 1993-cü il təvəllüdlü Hüseyn Niyazov və əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Sevməz Sarıbalayev saxlanılıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onlardan ümumilikdə 24 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş heroin, marixuana, tiryək, psixotrop maddə metamfetamin və 1500 ədəd metadon həbi aşkarlanıb. Toyuqlu pizza

Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

H.Niyazov və S.Sarıbalayevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!