DİN-dən etibarnamə ilə bağlı   MÜHÜM YENİLİK - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən etibarnamə ilə bağlı MÜHÜM YENİLİK - VİDEO

Rəsmi

04 Noyabr 2024 21:15 4021


Etibarnamə ilə avtomobil idarə edənlərin üzləşdiyi ənənəvi problem öz həllini tapıb.

“Qafqazinfo”nun məlumatına görə, indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq.

Belə ki, Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqi vasitəsilə etibarnamə ilə avtomobili idarə edəcəyiniz tarixləri seçə və bununla bağlı müraciət ünvanlaya bilərsiniz. Sezar pizza

Bir gün sonra təsdiqlənən müraciətdə sürücü, etibarnamə ilə avtomobili idarə edəcəyi tarix aralığını seçir. Etibarnamə ilə avtomobili idarə edən şəxs qeyd olunan müddətdə inzibati xəta törətməyibsə, ondan sonrakı tarixlərin məsuliyyətini daşımamış olur.

Bir sözlə, avtomobil sahibi kiməsə nəqliyyat vasitəsini etibarnamə ilə veribsə, artıq nəqliyyat vasitəsini idarə edən şəxs həmin müddəti özü təyin edə bilər. Bu zaman törədilən inzibati xətalar həmin avtomobil sahibinin yox, sürücünün adına rəsmiləşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!