DİN-dən sərt əməliyyat -   Paytaxtda və rayonlarda təhlükəli tapıntılar

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən sərt əməliyyat - Paytaxtda və rayonlarda təhlükəli tapıntılar

Kriminal

03 Fevral 2026 11:03 399


Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Qurumun Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, fevralın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 pulemyot, 2 tapança, 8 qumbara, 2 alışdırıcı, 16 tüfəng, 6 patron darağı, 1337 ədəd müxtəlif çaplı patron, 7 mərmi və 2 süngü-bıçaq aşkar edərək götürüblər.

  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!