DİN-in bu hüquqları əlindən alındı

saytların hazırlanması

Evə çatdırılma

DİN-in bu hüquqları əlindən alındı

Siyasət

19 Yanvar 2019 02:19 1319


Bu gün prezidentin verdiyi fərmanla Azərbaycanda fəaliyyət göstərən bir sıra dövlət qurumlarının səlahiyyətləri məhdudlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, səlahiyyəti əlindən alınan əsas orqanlardan biri Daxili İşlər Nazirliyidir. Belə ki, DİN əvvəllər şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi; yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi xidmətlərini həyata keçirirdi.

 

Bundan sonra isə bu xidmətlər Bakı şəhərində və Azərbaycanın inzibati ərazi vahidlərində fəaliyyət göstərən “Asan Xidmət” mərkəzlərində əhaliyə təqdim ediləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!