DİN Qobustandakı dəhşətli qəza ilə bağlı məlumat yaydı

DİN Qobustandakı dəhşətli qəza ilə bağlı məlumat yaydı

Hadisə

28 Oktyabr 2019 10:12 807


Daxili İşlər Nazirliyi (DİN) Qobustan şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, oktyabrın 26-da saat 8 radələrində Qobustan şəhərinin ərazisində Sumqayıt şəhər sakini Samir Rufullayevin idarə etdiyi “VAZ-2107” və Ağsu rayon sakini Əhmədağa Rüstəmovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü hadisə yerində ölüb, avtomobillərdə olan 3 sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!