Daxili İşlər Nazirliyi bir qrup şəxsin sentyabrın 30-da Milli Məclisin inzibati binası qarşısında aksiya təyin etməsinə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, bu haqda DİN mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov danışıb. O qeyd edib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq:
"Onlar aksiya keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılıb və aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə təşkilatçılara rəsmi cavab verilib. pizza mizza
Buna görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir. Yeri gəlmişkən, yalan vədlərə inanaraq qanunsuz aksiyada iştirak etmək istəyənləri isə belə hərəkətlərdən çəkinməyə çağırıram".
Z.Hüseynov vurğulayıb ki, ictimai asayişin pozulmasına yönəlmiş bu cür cəhdlərin qarşısı alınarkən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış aksiyanın təşkilatçılarının üzərinə düşəcəkdir.
Telegram kanalımız