DİN rəsmisi: “Narkotik istifadəçiləri polisə silahlı müqavimət göstərir”   - Video

saytların hazırlanması

Evə çatdırılma

DİN rəsmisi: “Narkotik istifadəçiləri polisə silahlı müqavimət göstərir” - Video

Maraqlı

05 Avqust 2021 13:48 1344


"Son yeddi ayda 2 ton 160 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bunun 1240 kiloqramı güclü təsiredici xassəyə malikdir. Aşkar olunan narkotik vasitələr arasında 200 kq-dan artıq, xüsusilə, sosial şəbəkələrdə "patı" adı ilə müzakirə olunan metanfetamin və buna yaxın digər psixotrop maddələr də var. Vəziyyət o qədər ciddidir ki, artıq narkotik istifadəçiləri polisə silahlı müqavimət göstərir. Daxil olan məlumata əsasən, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılarkən, onlardan birinin üzərindəki qumbara partlayıb, nəticədə 4 polis əməkdaşı yaralanıb".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Mediaturk TV-yə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

O qeyd edib ki, xaricdəki bəzi qüvvələr sosial şəbəkələr vasitəsi ilə Azərbaycan polisini gözdən salmağa və təxribat törətməyə çalışır. Hətta narkotik vasitələrin açıq satışını həyata keçirdiyini iddia edən səhifələr var, hansı ki, hamısı saxtadır. Bu səhifələr narkotik vasitəni təbliğ edir:  pizza sifarişi

"Xalqımıza səslənib deyirəm ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə Azərbaycan polisinin şərəf məsələsidir. Heç bir qüvvə dövləti və polisi vəzifədən uzaqlaşdıra bilməz. Vətəndaşlarımızın da dəstəyi ilə bu problemi daha effektiv şəkildə aradan qaldıracağımıza inanıram. Bəzi ailələr var, övladları narkotik aludəçisinə çevrilib, amma valideynləri bunu gizlədir. O zaman polisə xəbər verilir ki, artıq maddi cəhətdən ziyan çəkməyə başlayırlar. Bu yalnışdır. Çalışmalıyıq ki, polis və sıravi vətəndaş cəmiyyətin bu bəlasından birlikdə qurtulmağa səy göstərsin". 

Elşad Hacıyevin geniş müsahibəsi ilə təqdim etdiyimiz videodan tanış ola bilərsiniz:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!