DİN və Baş Prokurorluq Lənkəranda baş verən qətllə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

DİN və Baş Prokurorluq Lənkəranda baş verən qətllə bağlı məlumat yaydı

Kriminal

16 Sentyabr 2019 15:38 1405


Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun mətbuat xidmətləri Lənkəranda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

“Yeni Sabah”a daxil olan birgə məlumatda bildirilir ki, Lənkəran rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Belə ki, sentyabrın 14-də 1956-cı il təvəllüdlü, Liman şəhər sakini Eyvaz Yusubovun yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Marqarita pizza

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin tamah məqsədilə Lənkəran rayonu, Liman şəhər sakinləri - 1969-cu il təvəllüdlü Vidadi Hüseynovun, tanışları 1987-ci il təvəllüdlü Vüsalə Mirzəyeva və 1988-ci il Emil Quliyev ilə birlikdə qabaqcadan razılığa gəlməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində V.Hüseynov, V.Mirzəyeva və E.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!