DİN yeni dərs ili ilə bağlı valideynlərə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

DİN yeni dərs ili ilə bağlı valideynlərə müraciət etdi

Sosial

14 Sentyabr 2022 16:38 859


Daxili İşlər Nazirliyi yeni dərs ili ilə bağlı valideynlərə müraciət edib.

Yenisabah.az xəbər verir ki, nazirliyin xidmət rəisi, polis mayoru Elşad Hacıyev minlərlə şagird, tələbənin təhlükəsizliyi üçün daxili işlər orqanlarının müvafiq tədbirlər müəyyən etdiyini bildirib.

"Nəzərdə tutulan tədbirlər sırasında valideynlərdən xahiş edirik ki, yollarda hərəkət axınını normal qaydada təşkil etmək məqsədilə tədris ocaqlarının ətrafında yol hərəkəti qaydalarına ciddi əməl etsinlər və ictimai nəqliyyata üstünlük versinlər. Toyuqlu pizza

Nəzərə alınmalıdır ki, şəxsi nəqliyyat vasitələrinin məktəblərin qarşısında saxlanması süni tıxac-sıxlıq yaradır. Tıxac-sıxlıqların yaranması digərlərinin dərsə gecikməsinə səbəb olur. Elə edək ki, onlar da dərsə gecikməsinlər və ləngiməsinlər. Bu, həm də mənəvi məsuliyyətdir. Övladlarımızın ilk dərs günü başqalarına göstərdiyimiz ehtiram və münasibət məsuliyyətlilik nümunəsidir".

Milli.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!