YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Hacı Surxayın işdən çıxarılması ilə bağlı  AÇIQLAMA

Hacı Surxayın işdən çıxarılması ilə bağlı AÇIQLAMA

Din

22 Sentyabr 2022 21:22 59079


Sosial şəbəkələrdə Hacı Surxayın və digər əməkdaşların Suraxanı rayonunda yerləşən "Fatimeyi-Zəhra" məscidindən uzaqlaşdırılmasıyla bağlı xəbərlər yayılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a məsələylə bağlı açıqlama verilib.

Komitədən bildirilib ki, bu, müsahibə əsasında baş verib:

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 24 may 2022-ci il tarixində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq 39 vakant vəzifənin tutulması üçün müsahibə elan olunub. Mirnasir Mirbağır oğlu Nağıyev (imam), Fərid Əli oğlu Qasımzadə və Ayaz Gülağa oğlu Həşimov (imam müavinləri) 02 avqust-13 avqust tarixlərində keçirilən müsahibədə uğur qazanaraq müvafiq vəzifələrə təyin olunublar.

Sentyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış sahəsində yerləşən “Xanım Fatimeyi Zəhra” məscidinə təyin olunmuş din xadimlərinin təqdimatı keçirilib".

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!