Dini liderlər beynəlxalq təşkilatlara müraciət etdilər

saytların hazırlanması

Evə çatdırılma

Dini liderlər beynəlxalq təşkilatlara müraciət etdilər

Din

21 Fevral 2019 16:34 1390


Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə dünyanın dini liderlərinə və parlamentlərinə, BMT, ATƏT, Avropa Şurası, İƏT, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər.

"Yeni Sabah" xəbər verir ki, müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev imzalayıb. 

Müraciətdə qeyd edilib ki, dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırım aktı kimi tanımağa çağırırıq. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!