Dini təriqətə üzv olan ana körpəsini boğub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Dini təriqətə üzv olan ana körpəsini boğub öldürdü

Kriminal

09 Fevral 2019 15:13 1114


Sabunçu rayon Məhkəməsində 5 yaşlı övladını qəsdən öldürən Qulibəyova Nazilə Yusub qızı ilə bağlı təyin olunan məhkəmə tibbi ekspertizanın müddəti uzadılıb.

Həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərarı hakim Süleyman Ağayev verib.

5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulibəyova ilə bağlı məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib və hakim qadının anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edib. Marqarita pizza

İlkin məlumat belədir ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda "Üzüm bağı" dini təriqətinin üzvü olub. O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib. Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski tutaraq boğub.

Olke.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!