Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakıda “Dini və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov dini radikalizmin cəmiyyətdə yaratdığı fəsadlara toxunub, ona rəvac verən təhdidlərin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi ictimai və milli təhlükəsizlik risklərini artıra bilər. Onun sözlərinə görə, hətta bəzən müəyyən xarici siyasi dairələrin radikallardan istifadə etməsi və bəzi ölkələrdə fərqli məzhəb mənsubları arasında qarşıdurma yaratmaq üçün süni şəraitin formalaşdırılması ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov, Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Rahib Babayev çıxışlarında milli təhlükəsizliyə əsas təhdidlər, dini radikalizmə qarşı mübarizənin hüquqi əsasları, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin önəmindən danışıblar. Dördpendirli pizza
Telegram kanalımız