“Diqlas“dakı sahibkarlara növbəti həftədən ödənişlər ediləcək - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Diqlas“dakı sahibkarlara növbəti həftədən ödənişlər ediləcək - Nazir

İqtisadiyyat

29 Mart 2019 16:32 836


Martın 26-da “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğında zərəçəkən vətəndaşlara dəstək göstərilməsi üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb.

"Yeni Sabah" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib: "İşçi qrupu 3 gün ərzində fasiləsiz çalışaraq, ilkin rəyi hazır edəcək. Növbəti həftədən ilkin ödənişləri etməyə başlayacağıq. Bu, ölkə başçısının humanistliyindən irəli gələn bir addımdır”.

Nazir qeyd edib ki, ticarət mərkəzinin yenidən tikilməsi məsələsi sahibkarların ixtiyarında olan məsələdir: Toyuqlu pizza

“Çünki, ticarət mərkəzi özəldir. Onun sökülüb yenidən tikilməsi sahibkarların qərarı olacaq. Bu məsələdə dövlət yalnız öz dəstəyini verə bilər. O sahibkarlar ki, dəymiş zərərlərlə bağlı sənədlərini təqdim edəcəklər. Gömrük, vergi və s. orqanlarına əsaslanaraq, dəyən ziyanı müəyyənləşdirəcəyik. Həmçinin, hansı sahibkarlar kreditlər alınması üçün müraciət edəcəksə, onlara uzunmüddətli kreditlər verəcəyik”.

Nazirin sözlərinə görə, yanğın nəticəsində 171 mağazaya zərər dəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!