Diqqət: “Android”lərdə kamera təhlükəsi -   Sizi asanlıqla izləyə bilərlər

saytların hazırlanması

Evə çatdırılma

Diqqət: “Android”lərdə kamera təhlükəsi - Sizi asanlıqla izləyə bilərlər

Rəqəmsal

24 Noyabr 2019 13:53 1720


Bir proqram təhlükəsizliyi firması 100 milyon “Android” cihazına təsir göstərə biləcək önəmli təhlükə aşkara çıxarıb. Bəzi filmlərdə və seriallarda hakerlərin kompüter və mobil telefon kimi cihazların kameralarına icazəsiz giriş əldə etdiklərini bir çoxumuz görmüşük. Şirkətin apardığı araşdırmalar nəticəsində filmlərdə baş verən bu ağılasığmaz üsulun artıq reallaşdığı məlum olub.

 “Android” kamerasının zəifliyinin qorxulu detalları...

Təhlükəsizlik araşdırmaları nəticəsində məlum olub ki, “Android” cihazlarında icazə siyasətini pozaraq kameraya asanlıqla giriş əldə etmək mümkündür. Bundan 100 milyon "Android” cihazının təsirlənə biləcəyi qeyd edilib. Marqarita pizza

Android’te kamera açığı! ile ilgili görsel sonucu

Siz icazə verməsəniz belə, daxil olurlar

“ShiftDelete” texnologiya saytının verdiyi xəbərə görə, məsələn, “İnstagram” üçün kamera girişini bağladığınızda, tətbiq birbaşa kameraya daxil ola bilmir. Bununla birlikdə aşkar edilmiş zəiflik ilə icazə verilməyən hər hansı bir tətbiqetməyə daxil olmaq mümkündür. “Android” kamerasının həssaslığı ilə hakerlər istifadəçilərin cihazlarına icazəsiz giriş əldə edə bilirlər. Ən qorxulusu isə hakerlərin istifadə etdiyi bu proqramı antivirusların belə, aşkara çıxara bilməməsidir.

Android’te kamera açığı! ile ilgili görsel sonucu

Texnoloji yenilikləri izləyin...

Adını gizli saxlayan şirkətin araşdırmaları nəticəsində ortaya çıxan bu təhlükə üçün artıq “Google” şirkəti ilə əlaqə saxlanılıb. Şirkətdən bildirilib ki, “Google” kamera tətbiqetməsinin yenilənməsi ilə baş vermiş təhlükə aradan qaldırılacaq. Əlavə olaraq bildirilib ki, bir çox istifadəçi bu yeniləməni hələ də quraşdırmayıb. /musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!