Diqqət! Bakıda bu məkanlarda nasaz maşınlar satılır

saytların hazırlanması

Evə çatdırılma

Diqqət! Bakıda bu məkanlarda nasaz maşınlar satılır

Avto

26 Aprel 2024 09:18 5591


Rəsmi dilerə məxsus avtomobil salonlarından başqa digər avtosalonlarda əksər hallarda müştəriyə nasaz avtomobillər təqdim edilir.

Milli.Az ikinci əl maşın satan avtosalonlardan uzaq durmaq üçün səbəbləri sadalayır:

Əvvəla, nasaz avtomobil saz adı ilə olduğundan baha qiymətə satılır, ikincisi, kimsənin əlimyandı vəziyyətdə satdığı maşını ucuz qiymətə alınıb, üzərinə 2,3 min manat əlavə edərək satışa çıxarılır. Dominos pizza

Hətta, bəzi işbazlar avtomobilin orijinal detallarını keyfiyyətsizləri ilə əvəzlədikdən sonra onu satışa buraxırlar.

Maşının beynindəki xətaları xüsusi proqramlar vasitəsi ilə silən bu alverçilər maşını problemsiz adı ilə təqdim edirlər.

Avtomobilin orijinal yürüşünün az göstərilməsi də alverçilərə xas olan xüsusiyyətdir.

Bu kimi halları nəzərə alaraq ikinci əl maşın satan salonlardan və alverçilərdən maksimum uzaq durmağınızı tövsiyyə edirik. Əks halda, gününüzün çox hissəsi ustalarla birlikdə keçəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!