DİQQƏT! Bu insanlarda xərçəngdən ölüm halları digərlərindən 60 faiz çoxdur

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bu insanlarda xərçəngdən ölüm halları digərlərindən 60 faiz çoxdur

Sağlamlıq

22 Fevral 2025 21:25 1367


İngiltərədə aparılan araşdırma göstərib ki, xərçəngdən ölüm nisbəti ölkənin yoxsul bölgələrində yaşayan insanlarda varlı bölgələrdə yaşayanlara nisbətən 60 faiz daha yüksəkdir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Böyük Britaniya Xərçəng Araşdırmaları Mərkəzi tərəfindən araşdırma aparılıb.

Qeyd olunub ki, yoxsulluq səbəbindən hər il 28,400 insan xərçəngdən ölür. Bu, gündə 78 insanın ölməsi deməkdir. Tədqiqat xərçəngdən ölüm nisbətinin ölkənin yoxsul bölgələrində yaşayan insanlarda varlı bölgələrdə yaşayanlara nisbətən 60 faiz daha yüksək olduğunu üzə çıxarıb. pizza

Bu ölümlərin təxminən yarısı (47 faiz) ağciyər xərçəngidir. Böyük Britaniyada xərçəng diaqnozlarının təxminən 10 faizinin birbaşa yoxsulluqla əlaqəli olduğu da vurğulanıb.

Səhiyyə xidmətləri varlı və yoxsulları ayırırlar. İngiltərənin yoxsul bölgələrində yaşayan xəstələr, varlı bölgələrdəki xəstələrlə müqayisədə təcili müraciətdən sonra 3 ay gözləyirlər./Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!