DİQQƏT! Bu şəxslər həbs olunacaq

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bu şəxslər həbs olunacaq

Sosial

08 Fevral 2024 18:57 17483


“Azərbaycan vətəndaşlarının əksər hissəsinin hüquqi baxımdan maarifləndirilməsinə böyük ehtiyac var. Öncə hansı əməllərin cinayət olduğunu insanlara başa salmaq lazımdır”.

Bu sözləri “Yeni Sabah”a hüquqşunas Şəmsəddin Əliyev bildirib. Ekspert hansı əməllərin cinayət məsuliyyətinə aid olduğunu açıqlayıb:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə cəza təhdidi altında qadağan olunan təhlükəli əməl cinayət sayılır. Deməli, cinayət məcəlləsində hansısa əməl qadağandırsa, o cəza təhdidi altında qəsdən yaxud ehtiyatsızlıq üzündən törədilməsi ilə bağlı bunu edən şəxs məsuliyyətə cəlb oluna və bunun təqsiri sübuta yetirilə bilər. Burada ictimaiyyətə qarşı hörmətsizlik, həyasızlıq, müstəsna hörmətsizlik kimi əməllər xuliqanlıq kimi dəyərləndirilir. Çünki bu ətrafa hörmətsizlik kimi qəbul olunur. Ayrıca, yüksək səslə danışmaq cinayət məcəlləsində cəza təhdidi altında qadağan deyil, lakin söyüşdən istifadə etmək, təhdid etmək, ictimaiyyətə hörmətsizlik, müstəsna həyasızlıqla davranmaq cinayət sayılır. İnsanların toplandığı, miqrasiyanın olduğu bir məkanda yüksək tonla danışmaq və qarşı tərəfi aşağılamaq, söymək qatı xuliqanlıq kimi qəbul olunur. Bunun fəlsəfi anlamı da var. Sənin azadlığın, başqalarının hüquqlarının başladığı yerdə sona çatır. Yəni sən küçədə əlini yelləyə-yelləyə gedə bilərsən, ancaq sənin əlin küçədən keçən başqa bir sakinə toxunub-dəyərsə, ona xəsarət yetirərsə, ictimai təhlükəli əməl sayılır və cinayət məsuliyyəti yaranır. Bu səbəbdən vətəndaşlar etdikləri hərəkətlərin nələrə gətirib-çıxaracağını anlamalıdırlar”. Sezar pizza

Hüquqşunas ictimai yerlərdə insanların xoş olmayan davranışlarından da söz açıb:

“Bəzən ictimai nəqliyyatda olarkən, telefon zəng çalır. Bəziləri abrına qısılıb, telefonu açmır və sonra zəng edəcəyini bildirir. Amma elələri də var, ucadan, narahatedici tonda danışır. Belə davranmaq, xoş olmayan söz və ifadələr işlətmək, kobud tərzdə danışmaq tamamilə yanlış addımdır. Çünki biz azərbaycanlıların davranışları, mədəniyyəti, qonaqpərvərliyi həmişə diqqət mərkəzində olub. Xaricdən ölkəmizə qonaqlar gələndə, gəzməli-görməli yerləri ziyarət edəndə oradakı sakinlərin mədəniyyət və davranışlarını görəndə heyran qalırlar. Düşünürəm ki, mədəniyyətimizə, tariximizə və millətimizə uyğun olmayan davranışlarla, başqalarının bizə olan hörmətini və sevgisini əldən vermək doğru deyil.

İctimai məkanlarda uyğun olmayan davranışlar sərgiləmək, digər insanları narahat etmək, yüksək səslə gülmək və danışmaq cinayət məsuliyyəti yaratmır, lakin inzibati məcəllədə xırda xuliqanlıq hesab olunur və məsuliyyətə cəlb olunmağa səbəb olur. Bu, həm Azərbaycan polisinin fəaliyyət istiqamətlərini tənzimləyən polis haqqında qanunda, əməliyyat-axtarış fəaliyyəti haqda qanunda, həm də bizim prosessual məcəllələrin tələblərində öz əksini tapıb”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!