DİQQƏT! Bu yollarda yeni radar quraşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bu yollarda yeni radar quraşdırıldı

Avto

31 Mart 2026 10:46 5200


Xırdalan-Novxanı yolunda yeni nəsil radar sistemləri quraşdırılıb.

“Yeni Sabah” Milli.Az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilib ki, artıq sürücülərin radara yaxınlaşarkən sürəti qısa müddətə azaltması inzibati cərimədən yayınmaq üçün kifayət etməyəcək. pizza mizza

Yeni qurğular yol boyunca sürət həddinin davamlı şəkildə izlənməsinə imkan verir.

Sözügedən radarların hələ ki, istifadəyə verilmədiyi qeyd olunub.

Sürücülərə tövsiyə olunur ki, yol hərəkəti qaydalarına əməl etsinlər, müəyyən edilmiş sürət həddini aşmasınlar və həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etsinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!