DİQQƏT! Düşmən saxta xəbərdarlıq mesajları yayır

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Düşmən saxta xəbərdarlıq mesajları yayır

Rəsmi

05 Oktyabr 2020 20:57 2157


Qarabağ uğrunda döyüşlər başlayandan separatçı ermənilər ən müxtəlif təxribatlar törətməyə cəhd göstərirlər.

“Yeni Sabah” bildirir ki, Azərbaycan ordusu ilə üz-üzə gəlməkdən qorxan quldurlar mülki əhalini atəşə tutmağa üstünlük verirlər. Amma bu təxribatlar heç bir nəticə vermir. Bu bir həftə ərzində cəbhəboyu ərazilərdə yaşayan əhali öz yurd-yuvalarını tərk etməyi düşünmürlər. Onlar əzmlə bu çətinliklərə sinə gərir, düşmənin yalanlarına inanmırlar.

Bunu anlayan separatçılar daha bir təxribata əl atıblar. Bu gün cəbhəboyu ərazilərdə yaşayan sakinlərin telefonlarına müxtəlif nömrələrdən mesajlar göndərməyə başlayıblar. Qondarma “Artsax Müdafiə Nazirliyinin” adından daxil olan mesajlarda hədələr əks olunur, hərbi obyektlərin vurulacağı bildirilir və guya az itkinin olması üçün əhalinin öz yaşayış yerlərini təcili tərk etməsi tövsiyə edilir.  Dördpendirli pizza

Bir daha bildiririrk ki, hazırda düşmənin silahlı qüvvələrinin məhv edildiyi bir vaxtda bu mesajları alan şəxslər narahatlıq keçirməsinlər, bunu digərləri ilə paylaşıb təşviş yaratmasınlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!