DİQQƏT: Sabahdan bu avtomobillərə qadağa qoyulur

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT: Sabahdan bu avtomobillərə qadağa qoyulur

Avto

26 Aprel 2023 12:14 24775


Sabahdan zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılır.

Bu, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarında əksini tapıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra – aprelin 28-də qüvvəyə minir. pizza

Dövlət Gömrük Komitəsi bəyan edib ki, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!