DİQQƏT: Telefondan silinməyən virus peyda oldu

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT: Telefondan silinməyən virus peyda oldu

Rəqəmsal

27 Yanvar 2020 19:58 1302


“Dr.Web” antivirus şirkətinin mütəxəssisləri istifadəçilərin fərdi məlumatlarını toplayan və silinməyən “Android” virusu haqqında məlumat veriblər.

"Yeni Sabah" xəbər verir ki, mütəxəssislər ötən ilin sonunda bəzi qurğularda troyan virusu aşkar etmişdilər.

Zərərli proqram ödənişli proqramlardan qazanc toplayır və ya bəzi hallarda smartfona çoxlu sayda mobil tətbiq quraşdırırdı. pizza mizza

Bir qayda olaraq, bu troyan proqram təminatının bir hissəsini silir və nəticədə istifadəçilər yoluxdurulmuş proqramlardan xilas ola bilmir.

Hələ 2015-ci ildən mütəxəssislərə məlum olan “Android.Xiny.5261” virusu daha da təkmilləşdirilib. Troyan proqramı “Android” sisteminin 5.1 və aşağı versiyalarına zərər vurur. “Dr.Web” şirkətindən bildirilib ki, hər dördüncü “Android” istifadəçisi köhnə versiyalardan istifadə edir. /İctnews


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!