Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (“AzDrama”) aktrisası, Əməkdar artist Mehriban Xanlarovanın işdən çıxmaqla bağlı ərizəsi qəbul olunub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında paylaşım edib.
O bildirib ki, “AzDrama”nın direktoru İlham Əsgərov ərizəsinin üstünü yazıb: “Onun imzaladığı əmrlə rəsmi şəkildə işdən çıxarılmışam”. pizza hut
Əməkdar artist bir neçə gün əvvəl işdən çıxmaqla bağlı ərizə yazmışdı.
Qeyd edək ki, 58 yaşlı M.Xanlarova 1998-ci ildən Akademik Dövlət Milli Dram Teatrında çalışırdı. O, SSRİ Xalq artisti, müğənni Zeynəb Xanlarovanın qardaşı qızıdır.
Aydan Hacı
Telegram kanalımız