Direktor yük maşınının altında qalıb öldü - Hadisənin TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

Direktor yük maşınının altında qalıb öldü - Hadisənin TƏFƏRRÜATI

Sosial

04 İyul 2025 00:39 1517


Ordubad rayonunun Nürgüt kəndindən təxminən 2 kilometr aralıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobil dərəyə aşıb. Nəticədə, nəqliyyat vasitəsinin sahibi, 40 yaşlı Adim Yusibov dünyasını dəyişib.

Məlumata görə, mərhum üç ildir ki, Ordubad rayonunun Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışırdı. Pepperoni pizza

Hadisənin təfərrüatı barədə kənd sakini bildirib:

"Səhər tezdən otları maşına yığmağa gedib. Yəqin ki, əl əyləcini çəkməyi unudub, maşın arxaya yuvarlanıb. Həmin an o, maşının üst kuzovunda olub. Özünü yerə atmayıb. Bir qədər hərəkətdən sonra maşın aşıb. Bu zaman ayağından və başından ağır xəsarət alaraq həyatını itirib".

Qeyd edək ki, qəzada həlak olan Adim Yusibov Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın bibisi oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!