Direktorun səsyazısı yayıldı:   “Mənə dilənçi payı lazım deyil” - Video

saytların hazırlanması

Evə çatdırılma

Direktorun səsyazısı yayıldı: “Mənə dilənçi payı lazım deyil” - Video

Sosial

02 Mart 2025 13:23 1900


Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılıb.

Yenisabah.az xəbər verir ki, səsyazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.

Məlumata görə, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedoqoji heyəti təhqir edib. Sezar pizza

O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2022-ci ildən bu vəzifədə çalışır. /“Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    DÜZDÜR BÜTÜN MƏKTƏB DİREKTORLARI DİLƏNÇİDİRLƏR. ELƏ. MƏKTƏB YOXDURKİ ONUN DİREKTORU PUL. VƏ HƏDİYYƏ YIĞMASIN. TƏHSİL MÜƏSSİSƏLƏRİ ƏSİL BAZAR KÖKÜNƏ DÜŞÜB. ORADAKI RƏHBƏRLƏR İSƏ DİLƏNİRLƏR.
    1 year ago