“Dişini qarnına tökərəm” – Özünü polis kimi təqdim edən şəxs Mehman Hüseynovu hədələdi -   Video

saytların hazırlanması

Evə çatdırılma

“Dişini qarnına tökərəm” – Özünü polis kimi təqdim edən şəxs Mehman Hüseynovu hədələdi - Video

Kriminal

06 May 2021 10:50 2467


“Bu şəxsin adı Elxan Tağıyevdir! Keçmiş iş yoldaşı yazır “O FHN Xususi Riskli Xilasetmə Xidmetində hərbi hissə komandiri olub. Hərbi hissənin anbarından əşyaların, ərzaqların oğurlayıb satılmasında təqsiri olduğuna görə xidmətdən qovulub. Bu Elxan general Şahmar Paşayev tərəfindən qovulub”.

“Yeni Sabah” xəbər verir ki, bunu bloger Mehman Hüseynov sosial şəbəkədə yazıb.

Həmin şəxsin videosunu paylaşan bloger bildirib ki, onu oğurluq üstündə işdən qovublar: “İndidə quldurluqla məşğuldur! Cəzalanmalıdır!”. Videoda sözügedən şəxs M. Hüseynovu hədələyir. Pepperoni pizza

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a bildirilib ki, yayılan videogörüntülərlə bağlı araşdırmalara başlanılıb: “Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!