Diversantlar nəyin müqabilində Ermənistana verildi?

saytların hazırlanması

Evə çatdırılma

Diversantlar nəyin müqabilində Ermənistana verildi?

Siyasət

20 Oktyabr 2021 12:03 6743


“Son həftə ərzində Azərbaycan və erməni siyasi rəhbərlikləri tərəfindən səslənən fikirlər münasibətlərdə müəyyən qədər isinmənin olduğunu deməyə əsas verir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib. Bakıdakı diversantların nəyin müqabilində Ermənistana verilməsi haqda sualı şərh edən ekspert bildirib ki, qaytarılan erməni əsirlərin qarşılığında addım-addım irəli getməliyik: 

“Mən müharibənin başa çatdığı müddətdə, noyabr ayında demişdim ki, əsir, girov, cəsəd, terrorçu nə varsa, hamısı zamanla qaytarılacaq. Azərbaycan ərazisində hansısa ermənini aylarla, illərlə saxlamaq, yedizdirmək, qorumaq, sağlamlığını düşünmək ehtiyac deyil.  Marqarita pizza

Lakin biz qaytarılan ermənilərin qarşılığında öz hədəflərimizə doğru addım-addım getməliyik. Mövcud olan qeyri-rəsmi məlumatlara görə münasibətlərdəki yumşalma həm də Azərbaycan ilə Ermənistan arasındakı sərhədlərin müəyyən edilməsi prosesinin başlamasıyla da özünü göstərəcək.

Saxlanılan bütün şəxslərin dəyişdirilməsinə aid bənd 10 noyabrda imzalanan birgə bəyanatın şərtlərində də öz əksini tapıb. Lakin vətəndaş olaraq bizi maraqlandıran məsələlər var. Əgər Azərbaycan ermənilərin cinayət törətmiş, saxlanılan terrorçularını qaytarırsa, Ermənistanda bizim birinci Qarabağ müharibəsində əsir, girov düşən 4 min həmvətənlimizi geri qaytarsın. Sağ olmasalar belə, qalıqlarını qaytarsınlar ki, insanların gözü yoldan yığılsın. Ermənistan Azərbaycanın humanist addımlarına qarşılıq olaraq bunu etməlidir”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    "Saxlanılan bütün şəxslərin dəyişdirilməsinə aid bənd 10 noyabrda imzalanan birgə bəyanatın şərtlərində də öz əksini tapıb. " Bu cümlə kökünden yalnışdır Azərbaycanda saxlanılan Ermeniler terrocularda.Mubariben ve 10 noyabr imzasindan sonrakı dönəmdə ölkəmizin suverenliyinə soxulublar.Siz ne danışırsız?
    5 years ago