Dizel yanacağın istehsalı artıb

saytların hazırlanması

Evə çatdırılma

Dizel yanacağın istehsalı artıb

İqtisadiyyat

15 Fevral 2019 00:22 943


Keçən il paytaxtda dizel yanacağının istehsalı çoxalıb.

“Yeni Sabah” Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, 2018-ci ildə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 99,5 milyon manat olmaqla əvvəlki illə müqayisədə sabit qiymətlərlə 3 faiz artıb.

Neft məhsullarından yanacaq mazutunun istehsalı 60 faiz, avtomobil benzininin istehsalı 2,4 faiz azalıb. Pepperoni pizza

Ağ neftin istehsalı 4,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 8,7 faiz, dizel yanacağı istehsalı 3,2 faiz, sürtkü yağlarının istehsalı 4,4 dəfə, neft bitumunun istehsalı 22 faiz, neft koksunun istehsalı isə 7,6 faiz çoxalıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!