Dizellə işləyən avtomobillər kütləvi satışa çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Dizellə işləyən avtomobillər kütləvi satışa çıxarılır

Avto

28 Oktyabr 2024 08:58 6473


Paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən maşın bazarında durğunluq yaşanır. Buna görə də, qiymətləri endirdiyini deyən satıcılar da var.

Xezerxeber.az-ın məlumatına görə, hava şəraitinin dəyişməsi avtomobil bazarına da təsir edib.

Satıcılar deyirlər ki, hər il ənənəvi olaraq payız-qış mövsümündə bazarda alıcı qıtlığı olur. pizza sifarişi

Onların sözlərinə görə, hazırda bazarda ən çox tələb Koreya istehsalı olan avtomobillərədir.

Satıcılar son günlər dizel maşınlarının kütləvi satışa çıxarılması ilə bağlı da suallarımızı cavablandırdılar. Bildirdilər ki, deyilənlər həqiqətəuyğun deyil.

O da bildirilib ki, bütövlükdə Çin avtomobillərinin bazara girməsi, digər ölkə istehsalı olan maşınların satışına təsirsiz ötüşməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!