Dmitriyev ABŞ-yə niyə gedib?

saytların hazırlanması

Evə çatdırılma

Dmitriyev ABŞ-yə niyə gedib?

Dünya

10 Aprel 2026 14:26 310


Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev iqtisadi məsələlər qrupunun rəhbəri kimi ABŞ-a səfər edir və bu qrup daxilində fəaliyyətini davam etdirir.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Dmitriyev Ukraynada nizamlama üzrə danışıqlar aparmır. pizza mizza

"Bəli, birincisi, mən bu səfəri təsdiqləyə bilərəm. İkincisi, Kirill Dmitriyev Ukraynada nizamlama üzrə danışıqlar aparmır. Və bu, danışıqların bərpası demək deyil", - Peskov bildirib.

O təkrarlayıb ki, Dmitriyev iqtisadi məsələlər qrupuna rəhbərlik edir və bu qrup daxilində işləməyə davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!