Doğma çay hər kəsi “Məktəbə qayıdış” festivalına dəvət edir

saytların hazırlanması

Evə çatdırılma

Doğma çay hər kəsi “Məktəbə qayıdış” festivalına dəvət edir

Rəqəmsal

11 Sentyabr 2024 15:17 2387


Yeni tədris ilinin başlamasına sayılı günlər qala “Azerçay” məktəblilər üçün maraqlı, bol əyləncəli festival təşkil edir. 

Sentyabrın 12, 13 və 14-ü saat 16:00-dan etibarən Gənclik parkda uşaqlar üçün müxtəlif oyunlar və yarışmalar keçiriləcək. Kloun, cizgi film personajları əyləncə proqramını daha da rəngarəng edəcək. Eyni zamanda xınacı və üz boyamaq üçün rəssamlar da festivalda iştirak edəcək. Tədbirə gələn hər kəs  “Azerçay”ın dadına baxacaq. Uşaqların ən çox sevdiyi popkorn və pambıq isə onlar üçün limitsiz olacaq. Sonda isə uşaqlara müxtəlif hədiyyələr veriləcək. 

Qeyd edək ki, doğma çay dünyanın 40 ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil etməklə yanaşı, Azərbaycanda çay adət ənənələrini qoruyub saxlamaq missiyasını daşıyır.  pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!