Cənubi Kiprdə maraqlı hadisə yaşanıb. Belə ki, 17 ildir orada yaşayan Türk vətəndaşı övladının atası olduğunu sübut edə bilmir.
Yenisabah.az xəbər verir ki, Erkan Bozqurdun həyat yoldaşı Pani yunan əsillidir. Şəxs özü yunan vətəndaşlığı ala bilmədiyi üçün ata olduğunu sübut edə bilmir. Türk olduğu üçün zülmə məruz qaldığını deyən Bozqurd aidiyyəti qurumlardan kömək istəyir.
Bildirək ki, Bozqurd dəfələrlə vətəndaşlıq üçün müraciət edib. Lakin Türkiyə vətəndaşı olduğu üçün rədd cavabı alıb: "Ata olduğumu heç cür isbatlaya bilmirəm. Uşaq mənimdir, amma ölkə rəhbərliyi türk olduğum üçün övladımın şəxsiyyət vəsiqəsində adımı yazmır. Bu bizə edilən bir zülmdür. Mübarizədən vaz keçməyəcəyik. Edilənlər faşist zehniyyətin göstəricisidir. Türk rəsmilərindən kömək istəyirəm". Sezar pizza
Telegram kanalımız