Doğum evlərində süni uşaq qidaları satılır? - Nazir müavini AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Doğum evlərində süni uşaq qidaları satılır? - Nazir müavini AÇIQLADI

Sağlamlıq

06 Noyabr 2019 10:38 1090


Səhiyyə nazirinin müavini Elsevər Ağayev dövlət doğum müəssisələrində ayrı-ayrı şirkətlər tərəfindən valideynlərə yenidoğulanların qidalandırılması üçün süni uşaq qidalarının satılmasına münasibət bildirib.

"Yeni Sabah"ın məlumatına görə, E.Ağayev deyib ki, bəzi şirkətlər uşaq qidaları ilə bağlı düzgün təbliğat aparmırlar. Buna görə həkimlər də yeni doğulan uşaqların qidalanmasına diqqət etməlidirlər: "Səhiyyə Nazirliyi olaraq apardığımız siyasət ondan ibarətdir ki, uşaqların qidalandırılmasında ana südünə üstünlük verilsin. Uşaqların ana südü ilə qidalandırılması daim təbliğ olunur. Bu məsələdə Səhiyyə Nazirliyi ilə yanaşı, ictimaiyyət də iştirak etməlidir".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılma göstəricisinin 12-14 faiz olduğunu bildirib. Marqarita pizza

Bunu olduqca aşağı rəqəm sayan H.Harmancı qeyd edib ki, körpələrin ana südü ilə qidalandırılması faizinin artması üçün addımlar atılmalıdır. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!