Doğum günündə Markı belə təbrik etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Doğum günündə Markı belə təbrik etdi - Fotolar

Rəqəmsal

16 May 2024 15:42 4604


“Meta” şirkətinin qurucusu, milyarder Mark Zukerberqin 40 yaşı tamam olub. Bu münasibətlə milyarderin xanımı Prisçilla Çan Zukerberqə qeyri-adi doğum günü hədiyyəsi hazırlayıb.

Yenisabah.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hədiyyənin fotolarını M.Zukerberq öz instaqram hesabında paylaşıb.

Prisçilla Çan ərinin həyatında özünəməxsus əhəmiyyəti olan məkanların kiçik ölçüdə variantlarını hazırladıb. Bu məkanlar arasında Markın sahib olduğu ilk yataq otağı, ilk mənzili, koronavirus pandemiyası zamanı karantində işlədiyi ofis və sevdiyi restoranı var. Dördpendirli pizza

Fotolarla yanaşı, Markın ad günü tədbirində “Microsoft” şirkətinin təsisçisi Bill Qeytsin də olması marağa səbəb olub.

Prisçilla Çanın sözlərinə görə, yoldaşı adətən ad günü ilə bağlı böyük şənliklər təşkil etməyi sevməsə də, builki doğum günü istisna olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!