Xəbər verdiyimiz kimi bu gün yazıçı, millət vəkili Aqil Abbasın doğum günüdür.
Yenisabah.az xəbər verir ki, yazıçı doğum günüylə bağlı öz təəssüratlarını bölüşüb. O, moderator-az-a açıqlamasında belə deyib:
“Təbrikiniz üçün çox sağ olun. Doğum günüm həmişəki günlərdən bircə şeylə fərqlənir, yəni çoxlu təbriklər alıram. Dostlar zəng vurur, qəzetlər haqqımda yazır. Mən doğum günü keçirmirəm. Bir dəfə əlli yaşımı keçirmişəm”.
Yazıçı torpaqlarımızın işğaldan azad olunmasından da danışıb:
“Ağdam və digər rayonlarımız işğaldan azad edildi. Ona görə demişəm ki, dünyada daha heç bir arzum qalmadı. Ən böyük arzum Şuşa və Ağdam idi. Yəni torpaqlarımızın işğaldan azad olunmasını istəyirdik və onu da gördük. Mən Ağdama gedib həm də rəqs etdim”.
A.Abbas 1 aprelin “aldatma günü” kimi qeyd olunmasına da münasibət bildirib:
“Azərbaycanda 1 apreli “aldatma günü” kimi qeyd edirlər. 2016-cı ildən sonra isə biz bu günü aprel döyüşlərinin tarixi günü kimi qeyd etməyə başladıq. Aprel döyüşləri zamanı Ağdamda səngərdə idim. Həmin aprel döyüşləri həyatımızı dəyişdi və gəlib bu günümüzə çıxdıq”.
Yazıçı “Sizi 1 apreldə aldadıblarımı?” sualına isə belə cavab verib:
“Məni onsuz da həmişə aldadıblar. Amma 1 apreldə doğum günüm olduğu üçün məni aldatmaq mümkün olmayıb. Onu da deyim ki, özüm də adamları az aldatmıram”.
Telegram kanalımız