“Yeni Sabah” müğənni Elza Seyidcahanın Publika.az-a verdiyi müsahibəni ixtisarla təqdim edir:
- Qadın sevgisiz yaşaya və yarada bilməz deyirlər. Bununla razılaşırsınız?
- Əsas odur ki, seviləsən. Sevmək yox, sevilmək qadını daha çox xoşbəxt edir. Toyuqlu pizza
- Səhnədə çox cəsarətlisiniz, bəs həyatda da cəsarətli insansınız? Yoxsa həyatda daha mühafizəkarsınız?
- Deyərdim ki, həyatda Allahın qüdrətinə sığınıb qorunuram.
- İncəsənət həmişə yaradıcı insanın özü ilə həyat arasındakı xətti pozmağa çalışır və sərhədləri aşır. Ümumiyyətlə, izləyicini öz aləminə daxil etmək hər bir musiqiçinin arzusudur. Bəs bu proses sizə necə təsir edir?
- Musiqi ehtirası məni göylərə qaldırsa da, ayaqlarımı torpağa bərk dirəyib dayanmağı bacaran bir xanımam. Həm göyə, həm yerə işıq yaymaq... Məncə, yeri və göyü öz nurunla qidalandırmaq daha gözəldir.
- Hər bəstəniz necə yaranır və artıq hazır olanda hansı hisslərə qapılırsınız?
- İlham pərisi bir anda gəlir və bəstələr heç gözləmədiyin anda yazılır. Yaradanın izni ilə doğuram, doğuluram və doğdururam.
- Sizcə, bu konsert uğurunuzu qısqanan həmkarlarınız olacaq? Onların qısqanclığına necə reaksiya verirsiniz?
- Qısqanclıq yoxdursa, bu, o deməkdir ki, sənin işin uğurlu alınmayıb. Bir adamı heç vaxt hamı sevə bilməz. Xoşbəxt insanam ki, məni sevənlər çoxdur. Allah onları qorusun.
- Ümumiyyətlə, qısqanclıq və paxıllıq hissinə həmişə sevgi ilə cavab vermək lazımdır?
- Qısqanclıq neqativ duyğudur. Neqativ bir hissə 99 faiz hallarda sevgi ilə cavab vermək qeyri-mümkündür. Sevgi ilə deməzdim, normal yanaşmaq lazımdır.
- Son günlərdə bir neçə məşhurun şəxsi həyatı gündəm olub. Tanınmış sənət nümayəndələri haqqında bizi şoka salan xəbərlər eşidirik. Sizcə, sənət adamına şəxsi həyatı və insanlığına görə qiymət verməliyik?
- Hamısının ucu böyük günaha bağlanır, Allah o insanların özlərini faş edib rüsvay edəcək.
Telegram kanalımız