Doktoranturaya sənəd qəbulu elektronlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Doktoranturaya sənəd qəbulu elektronlaşdırıldı

Maraqlı

01 İyul 2021 12:42 697


İyulun 1-dən https://portal.edu.az/ platformasında ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu xidməti aktiv edilib.

Təhsil Nazirliyindən Yenisabah.az-a bildirilib ki, sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə müraciət edə və müraciət üzrə statuslarını izləyə biləcəklər.

Müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsi proseslərin daha çevik və keyfiyyətli təşkilinə şərait yaradacaq. Tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə biləcəklər. Dominos pizza

Bununla yanaşı, qeydiyyatın portal üzərindən aparılması məlumatların vahid elektron bazada toplanılmasına, digər xidmətlərlə qarşılıqlı inteqrasiyasına, geniş analiz və hesabatlılığın təmin edilməsinə şərait yaradacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!