Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli fərmanın icrasının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetmədə olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul edilir.
“Yeni Sabah” xəbər verir ki, ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, “Dəmirbank” ASC, “Dekabank” ASC, “Yunayted Kredit Bank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Kredobank” ASC, “Atrabank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Royalbank” ASC, “Gəncəbank” ASC, “Azərbaycan Kredit Bankı” ASC, “Evrobank” ASC, “Birlikbank” ASC, “Debütbank” ASC və “Borçalı” KB-nin müştəriləri ləğv prosesində olan “Dəmirbank” ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi 31 nömrəli ünvanda yerləşən “Əməliyyat İdarəsi” filialına vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə müraciət edə bilərlər.
Əlavə məlumat almaq üçün əlaqə nömrələri - (012) 444-71-71 (daxili: 500) pizza
Telegram kanalımız