Dollarla bağlı mühüm açıqlama – “Manatın məzənnəsi…”

saytların hazırlanması

Evə çatdırılma

Dollarla bağlı mühüm açıqlama – “Manatın məzənnəsi…”

İqtisadiyyat

28 May 2025 11:18 4660


Azərbaycanda ingilis funt-sterlinqi manata nisbətdə bahalaşıb-ucuzlaşır. Eyni tendensiya avro ilə bağlı da müşahidə olunur, lakin ABŞ dolları stabilliyini qoruyur.

Bu vəziyyətin səbəbi nədir? Dolların qəfil bahalaşması ehtimalı varmı?

“Yeni Sabah” xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, funt-sterlinq və avronun manata nisbətən bahalaşması ABŞ dollarının stabilliyini qoruması ilə bağlıdır: Dominos pizza

“Dollar qalxanda və ya düşəndə manatın məzənnəsi də dəyişir. Yəni, manatın avroya və funt-sterlinqə nisbətdə ucuzlaşmasının səbəbi dolların bu valyutalar qarşısındakı mövqeyidir. Hazırda dolların ucuzlaşma tendensiyası davam edir”.

İqtisadçı bildirib ki, dollarla bağlı proseslər əsasən ABŞ-ın iqtisadi vəziyyəti ilə bağlıdır və Azərbaycanla birbaşa əlaqəsi yoxdur:

“Dolların qəfil bahalaşması gözlənilmir və hazırda belə bir risk yoxdur. Lakin gələcəkdə müxtəlif ssenarilər mümkündür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!