Donald Tramp iftar verdi

saytların hazırlanması

Evə çatdırılma

Donald Tramp iftar verdi

Dünya

14 May 2019 08:47 1111


ABŞ prezidenti Donald Tramp Ramazan ayı münasibəti ilə Ağ Evdə iftar verib.

“Yeni Sabah” xəbər verir ki, iftara müsəlman ölkələrin Vaşinqtondakı vəzifəli şəxsləri, eyni zamanda Türkiyənin buradakı səfiri də qatılıb. İftar öncəsi Tramp Ramazan ayının müsəlmanlar üçün birləşdirici güc olduğundan danışıb.

“Bütün müsəlmanların qeyd etdiyi bu bayramda Ağ Evdə iftara ev sahibliyi etmək mənim üçün şərəfdir”- deyə o, nitqini tamamlayıb. pizza hut

Qeyd edək ki, bundan əvvəlki ABŞ prezidentləri - B.Klinton, C.Buş, B.Obama da iftar süfrəsi təşkil edib. D.Tramp isə gəlişinin ilk ilində bu təşkilatçılığı həyata keçirməyib.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!