Donald Trampla görüşmüş çeçen lider kimdir? -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Donald Trampla görüşmüş çeçen lider kimdir? - FOTO

Dünya

16 Aprel 2026 13:26 358


Sosial şəbəkədə paylaşılan nadir fotoda Çeçenistan nümayəndəsi Xoc-Əhməd Nuxayev və ABŞ-nin hazırkı prezidenti Donald Tramp əks olunublar.

"Yeni Sabah" xəbər verir ki, həmin şəkil 1997-ci ildə ABŞ-də çəkilib.

Nuxayev çeçen siyasi xadimi və yazıçı idi. O, Çeçenistan İçkeriya Respublikasının hökumətində Baş nazir müavini postunu tutmuş, "Noxçi-Latta-İslam" təşkilatının lideri idi. Pepperoni pizza

1999-cu ilin payızından bəri Nuxayev daimi olaraq Bakıda yaşayırdı. İkinci çeçen müharibəsi zaman yaralananda da Azərbaycanda müalicə olunmuşdu.

Xoc-Əhməd Nuxayevin taleyi hələ də məlum deyil. Bir versiyaya görə, o, 2000-ci illərin ortalarında öldürülüb. Digər versiyaya görə isə sağdır və xarici ölkələrin birində gizlənir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!