Dondurma yeyən 9 yaşlı qız dünyasını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Dondurma yeyən 9 yaşlı qız dünyasını dəyişdi

Dünya

23 Fevral 2019 17:54 1228


Ailəsi ilə birlikdə istirahətdəykən dondurma yeyib ölən qızın fotosu əldə olunub.

Həbibə Çişti (Habiba Chishti) adlı 9 yaşlı qız ailəsi ilə birlikdə İspaniyada tətildəykən dondurma yedikdən sonra dünyasını dəyişib. Valideynləri və qardaş-bacıları ilə birlikdə “Costa del Sol” istirahət mərkəzində olan qızın yediyi dondurma allergiya yaradıb. O, təcili xəstəxanaya çatdırılıb. Azyaşlı Malaqadakı hospitalda dünyasını dəyişib.

Həbibənin ölümündən sarsılan valideynləri bildirib ki, qızlarının fındığa qarşı allergiyası olsa da, dondurma və süd məhsulları ilə arası yaxşı idi. Lakin, qızın yediyi dondurmanın üzərində fındıq qırıntıları da olub. Pepperoni pizza

Qeyd edək ki, Həbibə Çiştinin ailəsi İngiltərənin Yorkşir qraflığında yaşayır. Onlar ötən gün cəsədi Britaniyaya gətiriblər.

Milli.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!