Dörd medallı şəhidin atası vəfat etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Dörd medallı şəhidin atası vəfat etdi - FOTO

Hadisə

09 Aprel 2026 12:53 655


44 günlük Vətən müharibəsinin şəhidi Tofiq Əmirlinin atası, Müsavat Partiyasının Məclis üzvü Şəmsəddin Əmirli vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Ş.Əmirli uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, Cəlilabad rayonunun Privolnoye kəndində dəfn olunacaq. Sezar pizza

Qeyd edək ki, Şəmsəddin Əmirli 1964-cü ildə Cəlilabad rayonunun Privolnoye kəndində anadan olub

Onun oğlu Tofiq Əmirli Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsində xidmət edib. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasında qəhrəmanlıq, igidlik, mərdlik və cəsarət nümayiş etdirib.

Gizir Tofiq Əmirli ölümündən sonra “Vətən uğrunda”, “Vətənə xidmətə görə”,  “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!