Ötən gün axşam saatlarında Göyçay rayonunda güclü yanğın baş verib.
“Yeni Sabah” xəbər verir ki, hadisə rayon sakini 1961-cı il təvəllüdlü Tərxan Rəsulovun yaşadığı evdə qeydə alınıb. Hadisə nəticəsində ümumi sahəsi 120 kv metr olan 4 otaqlı, 1 mərtəbəli evin 2 otağı yanıb.
Hadisə yerinə dərhal FHN-nin rayon yanğından mühafizə hissəsinin 4 avtomobili və canlı qüvvəsi cəlb olunub. Ev sahibinin sözlərinə görə yanğın zamanı evdə olan qızıl zinət əşyaları, sənədlər, pul və digər əşyalar tamamilə yanıb. Pepperoni pizza
Hadisənin videosunu təqdim edirik:
Telegram kanalımız